Geri Qayıt
Türkiyə flag

Türkiyə

Bizə ən yaxın keyfiyyətli təhsil.

Üstünlüklər

  • Dövlət və özəl universitetlər
  • YÖS və beynəlxalq qəbul sistemləri
  • Tibb, mühəndislik və digər ixtisaslar üzrə müraciət

Sual-Cavab

Tez-tez Verilən Suallar

Təhsiliniz və gələcəyinizlə bağlı sizi narahat edən sualların cavablarını burada tapa bilərsiniz. Əlavə suallarınız varsa, bizimlə əlaqə saxlayın.

İmtahansız Türkiyədə oxumaq mümkündür?

Bəli bir çox özəl və dövlət universitetlərində heç bir imtahan nəticəsi tələb edilmədən tək 11 illik attestla və ya kollec diplomu ilə mümkündür.

9 illik attestatla qəbul varmı?

Xeyr kollec və ya 11 illik olmalıdır.

Qiyabi tibb təhsili varmı?

Xeyr, tibb və stomatologiya ixtisaslarında qiyabi təhsil yoxdur. Çünki bu sahələr praktik dərslər, laboratoriya və xəstəxana təcrübəsi tələb edir. Türkiyədə də, Azərbaycanda da tibb yalnız əyani formada tədris olunur.

Təqaüd almaq mümkündür?

Bəli, universitet daxili endirim və dövlət təqaüdləri var.

Tezli təhsil nədir?

Tezli magistratura təhsili aldıqdan sonra doktorantura oxumaq olur diplom işi yazırsınız Və 2 ildir

Tezsiz təhsil nədir?

Tezsiz magistr oxuyanda tələbə doktora oxuya bilmir və 1 il 6 ay olur oxuma süreci.

Yaşam xərcləri Türkiyədə necədi?

Yaşam xərcləri şəhərə və qalınacaq yerə görə fərqlənir. Kirayə, yemək, şəxsi xərclərlə birlikdə aylıq 400–500$ arası tələb olunur. İstanbul digər şəhərlərdən daha bahalıdır, Ankara və Eskişehir daha sərfəlidir məsələn. Tələbə yataqxanası seçməkdə köməklik göstəririk.

Burs almaq üçün nə lazımdır?

• Yaxşı attestat ortalaması • Motivasiya məktubu • Sertifikatlar • Bəzən müsahibə

Türkiyənin diplomları Azərbaycanda tanınırmı?

Bəli Türkiyədə universitetlərindən alınan diplomlar Azərbaycanda rəsmi olaraq tanınır. Diplomların tanınması prosesi nostrifikasiya adlanır və bunu həyata keçirən qurum Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi-dir.

Təhsil haqqı nə qədərdir?

Təhsil haqqı universitet, ixtisas və ölkəyə görə dəyişir. Orta hesabla illik 1500$-dən 12000$-ə qədər olur, tibb və mühəndislik daha baha ola bilir.

Xaricdə iş imkanları necədir?

Tələbələr həftədə müəyyən saat part-time işləyə bilərlər. İş imkanları daha çox təcrübə proqramlarında olur. Tələbə işləyərək həm təcrübə qazanır, həm də xərclərini azalda bilir.

Qiyabi təhsil harada mümkündür?

Qiyabi proqramlar əsasən biznes, idarəetmə və marketing və.s sahələrdə mövcuddur. Tibb və praktik laboratoriya tələb edən sahələrdə yoxdur. Qiyabi təhsil işləyən tələbələr üçün uyğundur dərslər online olur.

Varan Colleges

Sərhədsiz Gələcək Buradan Başlayır

Xəyallarınızdakı universitetə qəbul olmağa hazırsınız? Elə isə, bu gün bizimlə əlaqə saxlayın.